İQNA-nın (İran Quran Xəbər Agentliyi) Qum şöbəsinin verdiyi xəbərə görə dünən (6 mart 2013) "Cameətul-Mustfa (s)" Virtual Universitetinin yeni rəisinin seçilməsi və təqdim olunması mərasimi bu universitetin toplnatı zalında "Cameətul-Mustfa (s)" universitetinin rəisi Höccətul-İslam vəl-müslimin Dr. Əlirza Ərafinin iştirakı ilə keçirilmişdir.
"Cameətul-Mustfa (s)" Virtual Universitetinin yeni rəisinin seçilməsi və təqdim olunması mərasimində Virtual Universitetinin əvvəlki rəisi Höccətul-İslam vəl-müslimin Əliəsğər Tusi təltif və təşəkkür olundu. Həmçinin Höccətul-İslam vəl-müslimin Hüseyn Qənbəri "Cameətul-Mustfa (s)" Virtual Universitetinə yeni rəis olaraq təyin və təqdim edildi.
Qeyd edək "Cameətul-Mustfa (s)" Virtual Universiteti müxtəlif dillərdə və müxtəlif İslami təxəssüs və İslam maarifi üzrə kurslar təşkil edir və məzunlar oxuduğu ixtisaslar üzrə diplom və müvaqif sənədlər ala bilirlər. Universitetə qəbulu, dərslər və imtahanlar internet vasitəsilə həyata keçirilir.
1200218